RU
Hindistanda koronavirusdan ölənlərin sayı 30 mini keçdi - Siyahıda üçüncü yerdədir
14:40
201

Hindistanda koronavirusdan ölənlərin sayı 30 mini keçdi - Siyahıda üçüncü yerdədir

Koronavirusdan ölənlərin sayı 636 mini keçib.

7News.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü məlumatına əsasən, indiyədək 15,656,906 nəfərdə koronavirus aşkarlanıb, 636,583 insan bu virus səbəbindən dünyasını dəyişib.

Koronavirusdan sağalanların sayı isə 9 milyon yarımdan çoxdur. Lakin mütəxəssislərin fikrincə, bu xəstəlikdən tamamilə sağalmaq mümkün deyil.

Koronavirusa görə, ən ağır vəziyyət ABŞ-dadır. Belə ki, bu ölkə həm yoluxanların, həm də ölənlərin sayına görə siyahıda birinci yerdədir. Karantin rejimi tətbiq olunmayan Braziliya ikinci, Hindistan isə üçüncü yerdə qərarlaşıb.

Əhalisinin sayı 1 milyarddan çox olan Hindistanda koronavirusa yoluxanların sayı 1 milyondan çoxdur. Bu ölkədə 30 mindən çox insan Covid-19 səbəbindən dünyasını dəyişib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ