7NEWS.az xəbər verir ki, Noyabrın 12-də Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin uçması nəticəsində sıxışan 41 işçinin xilas edilməsi işləri uğurla başa çatıb. Bütün işçilər 17 gündən sonra qapalı qaldıqları yerdən sağ-salamat xilas ediliblər. İşçilər xilas edildikdən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
7NEWS.az








