RU
Hindistanda məscidin sökülməsi zamanı 4 adam həyatını itirdi
15:09
77

Hindistanda məscidin sökülməsi zamanı 4 adam həyatını itirdi


7NEWS.az xəbər verir ki, Hindistanın Uttarakhand əyalətinin Haldvani şəhərində qeyri-qanuni olduğu iddia edilən məscidin və ona bitişik mədrəsənin sökülməsi zorakılığın başlanmasına səbəb olub.

Hadisələr zamanı etirazçılar ətrafdakı avtomobilləri yandırıb və polisə daş atıblar. Polis kütləyə gözyaşardıcı qazla müdaxilə edib. Polisin verdiyi açıqlamada etirazlar zamanı azı 4 nəfərin öldüyü, aralarında polis və jurnalistlərin də olduğu azı 80 nəfərin yaralandığı bildirilib. Hadisələrdən sonra Haldvanidə komendant saatı elan edilib.

Bölgə hakimi Vandana Sinqh bildirib ki, məscid qeyri-qanuni olaraq dövlət torpaqlarında tikildiyinə və dini bina kimi xəbər verilmədiyinə görə məhkəmənin qərarı ilə sökülüb. Sözügedən qərarın heç bir icmaya yönəlmədiyini deyən Sinq, səlahiyyətlilərin məscid rəhbərliyini söküntü ilə bağlı əvvəlcədən məlumatlandırdığını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ