Hindistanın şimalındakı Uttar-Pradeş ştatında qatar yük maşını ilə toqquşub.
Qəza nəticəsində ən azı 74 nəfər xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Həkimlər onları xilas etməyə çalışırlar. Dehlidən xüsusi maşınla mütəxəssislər əraziyə cəlb edilib.
Toqquşma nəticəsində 12 vaqon relsdən çıxıb. Onlardan biri aşıb. Qəzanın səbəbi hələ müəyyənləşdirilməyib. Nəqliyyat naziri istintaqı nəzarətə götürüb./olke.az
7news.Az








