RU
Hindistanda qəzada ölənlərin sayı 300-ə çatır - Yenilənib
10:10
34

Hindistanda qəzada ölənlərin sayı 300-ə çatır - Yenilənib

Hindistanın Odişa əyalətində qatar və yük qatarının toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

7News.Az "Hindustan Times”a istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 19:20 radələrində Bahanaga Bazaar stansiyası yaxınlığında baş verib.

Nəşrin məlumatına görə, hadisə nəticəsində azı 50 nəfər ölüb, 179 nəfər yaralanıb.

***

Hindistanın Odişa ştatında sərnişin və yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Odişa ştatının baş katibinin sözlərinə görə, insident nəticəsində 500-dən çox insan xəsarət alıb.

***

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 120 nəfəri ötüb.
***

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb.

7News.Az "Reuters”ə istinadən xəbər verir ki, yaralananların sayının təxminən 900 nəfərə yaxın olduğu bildirilir. 

***

"France-Presse” agentliyinin məlumatına görə, Hindistanın şərqində qatar qəzası zamanı həlak olanların sayı 288 nəfərə çatıb. 

 

 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ