RU
Hindistanda saxta spirtli içkilər onlarla insanın ölümünə səbəb oldu
15:30
17

Hindistanda saxta spirtli içkilər onlarla insanın ölümünə səbəb oldu

Hindistan mətbuatı ölkənin Tamil Nadu bölgəsində saxta spirtli içkilərə görə ölümlərin olduğunu açıqlayıb. 

7News.Az xarici mediaya istinadən xəbər verir ki, ştat rəsmisi M.S.Prasanth açıqlamasında bildirib ki, saxta içki səbəbindən 29 nəfər ölüb.

Press Trust of India xəbər agentliyinin məlumatına görə, dövlət rəsmisi M.S.Prasanth hadisənin Kallakuriçidə baş verdiyini bildirib. Prasanth 29 nəfərin saxta spirtli içkidən öldüyünü, 100-dən çox insanın müxtəlif xəstəxanalarda müalicə olunduğunu qeyd edib. 

Prasanth ölənlərin sayının arta biləcəyini və bölgəyə təcili yardım maşınlarının göndərildiyini bildirib.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ