7NEWS.az xəbər verir ki, Hindistanın şimalındakı Sikkim əyalətində leysan yağışlar nəticəsində göl və çayda suyun səviyyəsinin artması nəticəsində baş verən sel fəlakətində ölənlərin sayı artır. Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin (NDRF) verdiyi açıqlamada ölənlərin sayının 14-ə yüksəldiyi, 26 nəfərin yaralandığı bildirilib. İtkin düşdüyü bildirilənlərin sayının 102-yə yüksəldiyi açıqlanarkən, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin açıqlamasında bəzi magistral yolların nəqliyyatın hərəkətinə bağlandığı, 11 körpünün dağıldığı qeyd edilib.
7NEWS.az








