Hindistanda 1992-ci ildə hindular tərəfindən dağıdılan məscidin yerinə qoyulan hindu tanrısı Ram üçün tikilən məbəd Baş nazir Modinin iştirakı ilə açılıb.
7NEWS.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi 1992-ci ildə hindular tərəfindən dağıdılmış Moğol məscidinin yerinə Ayodhya şəhərində hind tanrısı Ram üçün tikilmiş məbədin açılışını edib. Açılışdakı çıxışının görüntülərini X (keçmiş Twitter) hesabında paylaşan Modi açılışda 'bütün Hindistanın sevinclə dolduğunu' söylədi.
7NEWS.az








