Hindistanda son sutkada koronavirusa 32600 nəfər yoluxub.
7News.Az-ın APA-ya istinadən xəbərinə görə, bununla da ölkədə virusa yoluxanların sayı 968 876-ya çatıb.
Son bir gün ərzində Hindistanda 606 nəfər koronavirusun qurbanı olub. Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 24 915 nəfər təşkil edir.
Hindistan koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir.
7News.Az








