RU
Hindistanda tarixi məscidlərin sökülməsi əmri VERİLİB
12:37
47

Hindistanda tarixi məscidlərin sökülməsi əmri VERİLİB


Hindistanın Şimal Dəmir Yolları İdarəsi paytaxt Yeni Dehlidə iki məscidin dəmir yolu xəttində olduqlarını əsas gətirərək 15 gün ərzində sökülməsinə göstəriş verib. 

7NEWS.az xəbər verir ki, Hindistan Dəmir Yolları İdarəsindən verilən açıqlamada, Benqal bazar məscidi və Babar Şah Takiye məscidinin "dəmir yolu üzərində qeyri-qanuni tikildiyi" bildirilib. Açıqlamada sözügedən məscidlərin 15 gün ərzində sökülməli olduğu, əks halda məscid idarələrinin 'ağır nəticələrlə' üzləşəcəyi bildirilib. 

"India Today”in məlumatına görə, Babar Şah Takiyyə məscidinin katibi Əbdül Qaffar bildirib ki, məscidin təxminən 400 yaşı var. 

Məscid Komitəsi də Dəmiryolu İdarəsinin iddialarını rədd edərək, hər iki məscidin yüz illərlə yaşı olduğuna işarə edib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ