7NEWS.az xəbər verir ki, Hindistan Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, ölkənin bəzi digər şəhərlərində temperaturun 49 dərəcəni keçdiyi, Racastan əyalətinin Churu bölgəsində isə temperaturun 50,5 dərəcəyə çatdığı bildirilib. Mayın 21-də Yeni Dehli və ətrafına təsir edən "şiddətli isti dalğası” səbəbindən 5 günlük "qırmızı xəbərdarlıq” elan edildiyi açıqlanıb. Digər tərəfdən, Pakistanın Sind əyalətində havanın temperaturu 52 dərəcəni keçərək yay mövsümünün ən yüksək səviyyəsinə çatıb.
7NEWS.az








