7NEWS.az xəbər verir ki, Hindistanra ötən gün baş verən qatar qəzasında can itkisi 294-ə çatıb. Yaralıların sayı mindən çoxdur. Qəzanın baş verdiyi bölgəyə səfərindən sonra açıqlamalar verən baş nazir Narendra Modi günahkarların ən ağır şəkildə cəzalandırılacağını açıqlayıb. Qəza Hindistanın Kolkata şəhərindən ölkənin dördüncü böyük şəhəri olan Çennaya gedən Coromandel Express sərnişin qatarı ilə yük qatarı ilə toqquşması nəticəsində baş verib, daha sonra yük qatarı digər yolda hərəkət edən başqa sərnişin qatarına çırpılıb.
7NEWS.az








