Hindistanın Uttar-Pradeş ştatında inşa edilən altımərtəbəli binanın aşması nəticəsində ən azı beş nəfər ölüb, 40 nəfərdən çox adam isə dağıntılar altında qalıb.
Bu barədə ANI agentliyi yerli hökumətə istinadən məlumat yayıb.
Hadisə çərşənbə günü Kanpur şəhəri ətrafında baş verib. Hadisə yerinə Milli fövqəladə vəziyyətdə çevik reaksiya qüvvələrinin əməkdaşları cəlb edilib.
Hazırda dağıntılar altından üç nəfər xilas edilib. Yerli hökumətin məlumatına görə, dağıntılar altında 30-40 adam qala bilər.
İlkin məlumata görə, baş verən hadisəyə bünövrənin zəif olması səbəb ola bilər.
Hindistanda yaşayış binalarının aşması nadir hal deyil. Hadisələrə səbəb tikinti zamanı təhlükəsizlik normalarına riayət olunmaması, eləcə də keyfiyyətsiz inşaat materiallarının istifadəsidir. /oxu.az
7news.Az








