Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin çökməsi nəticəsində qapalı qalan işçilərin xilas edilməsi səyləri bazar günü də davam edərkən çökmənin səbəbini araşdırmaq üçün istintaq komitəsi yaradılıb.
7NEWS.az xəbər verir ki, Uttarakhand hökuməti bildirib ki, ekspert komitəsinə təbii fəlakətlərin idarə edilməsi, geologiya institutu və tikinti tədqiqat institutunun alimləri daxildir. Yerli rəsmilər komitənin dünəndən işə başladığını bildirərkən, çökən tuneldə qalan işçilərin hələ də xilas edilmədiyini bildiriblər.
7NEWS.az








