RU
Hindistanda vəhşilik — İşə girən arvadının üzünü yandırdı
11:20
553

Hindistanda vəhşilik — İşə girən arvadının üzünü yandırdı

Hindistanda qadına qarşı növbəti vəhşilik hadisəsi baş verib.

Uşaqlarına baxmaq üçün iş tapan qadının əri bu hərəkətdən əsəbləşərək qadının üzünə turşu atıb. Qadının üzü dəhşətli şəkildə yanıb.

Zakirə Əli Şeyx adlı qadın iki uşağına baxmaq üçün yarımştat işə düzəlib. Bunu öyrənən Rubab adlı əri qadını onun ləyaqətini alçaltmaqda günahlandıraraq vəhşiliyə əl atıb.
Ərinin işsiz olduğunu, sürücülük işi tapsa da, işləməkdən imtina etdiyini söyləyən Zakirə sabun istehsal edən şirkətdə iş tapır. Bundan sonra isə evə gələn əri qapını bağlayaraq qadını bir küncə sıxışdırıb və üzünə kimyəvi turşu töküb.

Hazırda qadın Mumbay xəstəxanasında müalicə olunur. Onun vəziyyəti kritikdir./olke.az


Hindistanda vəhşilik — İşə girən arvadının üzünü yandırdı

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ