RU
Hindistanda yaddaşını itirmiş kişi başından aldığı zərbə nəticəsində yaxınlarını tapa bilib
10:50
52

Hindistanda yaddaşını itirmiş kişi başından aldığı zərbə nəticəsində yaxınlarını tapa bilib

Hindistanda 16 yaşında kəllə-beyin travması nəticəsində yaddaşını itirən və yoxa çıxan kişi 45 il sonra yaddaşını bərpa edərək qohumlarını tapıb.

7News.Az "Times of India" nəşrinə istinadən xəbər verir ki, Sirmaur dairəsindən olan Rikhi Ram yaddaşını itirdikdən sonra adını Ravi Caudhariyə dəyişərək Mumbaya köçüb.

Qohumları onu uzun müddət axtarsalar da, nəticədə Ramın öldüyünü düşünərək axtarışları dayandırıblar.

İlk zədədən 45 il sonra hindli yenidən baş nahiyəsindən zərbə alıb və nəticədə yaddaşında keçmişdən xatirələr canlanmağa başlayıb.

Xatirələr sayəsində o, qardaşları və bacıları ilə əlaqə qura bilib.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ