7NEWS.az xəbər verir ki, Hindistanın Uttarxand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin çökməsi nəticəsində 41 işçi tuneldə qalıb. Noyabrın 12-də baş verən hadisədən sonra başlayan xilasetmə işləri davam edərkən, işçilər günlər sonra ilk dəfə göründü. Xilasetmə işləri zamanı qida, su və oksigen üçün istifadə olunan böyük diametrli borular vasitəsilə quraşdırılmış endoskopik kamera sistemi ilə işçilərə baxış keçirilib.
7NEWS.az








