7NEWS.az xəbər verir ki, Hindistanın Manipur əyalətində iki etnik qrup arasında silahlı qarşıdurma baş verib. Ştatın şimal-qərbində yaşayan Kuki tayfası ilə şimal-şərqdə yaşayan Meitei qəbiləsi arasında baş verən qarşıdurmada 9 nəfər həlak olub. Əyalətin paytaxtı İmfalda yüksək rütbəli polis məmuru Şivakanta Sinq, rəqib qruplar arasında atışmanın dünən başladığını və saatlarla davam etdiyini açıqlayaraq, "İndiyə qədər ən az 9 ölü və 10 yaralı olduğu barədə xəbərlərimiz var" dedi.
7NEWS.az








