"Artıq təxminən 63 ildir ki, qum yeyirəm, onun zərərli olduğunu düşünmürəm. Mədə və ağız boşluğu ilə bağlı problemim yoxdur və dişlərim möhkəmdir. Hətta daşı da dişimlə promlemsiz sındıra bilərəm”- deyə Kusma əmin edir.
80 yaşının tamam olmasına az qalmasına baxmayaraq fermada fəaliyyətini dayandırmaq barədə düşünmür.
Kusma ilk dəfə 15 yaşı olarkən qumu dadıb.
O zaman qum qadını əziyyət çəkdiyi mədə ağrılarından azad edib. "Qumun tərkibindəki minerallar sahələrdə iş üçün mənə enerji verdiyini hiss edirəm”- deyə Vati söyləyir. Nəvələri nənələrindən bu asılılıqdan azad olmasını xahiş edirlər, lakin qadın qumdan imtina etmək niyyətində deyil.//big.az











