RU
Hitlerin almanları necə idarə etdiyi məlum oldu
13:40
329

Hitlerin almanları necə idarə etdiyi məlum oldu

"Milyonlarla alman əsgəri və dinc sakin Üçüncü reyxin pervitin adlanan narkotik vasitəsinin təsiri altında idi”, - bu iddianı Almaniyanın "Focus” jurnalı yazıb.

 

7News.Az xəbər verir ki, faşizmin lideri Adolf Hitlerin bu yolla insanların iş qabiliyyətini artırmaq məqsədi güddüyü bildirilir. Amma axırda əks effekt müşahidə olunub.

"Kiçik həblər metamfetamindən ibarət olurdu və insanları tonusda saxlayırdı. İndi bu maddələri Berlin və London klublarının müştəriləri gümrah qalmaq üçün istifadə edir. Amma 1930-cu illərin sonları, 1940-cı illərin əvvəllərində söhbət əyləncədən yox, uğurlar cəmiyyətində ayaqda qalmaqdan, müharibədən və ölümdən gedirdi”, - jurnalist Armin Furer belə yazıb.

"Focus” jurnalının yazdığına görə, əsgərlər və dinc insanlar gün ərzində bir neçə dəfə həb qəbul edirmiş. Adamı gümrah saxlayan maddəni istənilən aptekdən əldə etmək mümkün idi. Nasistlər bütün xalqı narkotikə qurşandırıbmış.

Berlindəki hərbi fiziologiya institutunun əməkdaşı Otto F. Ranke pervitinlə bağlı araşdırma aparıb. O, sınaq üçün tələbələrin xidmətindən istifadə edib. Araşdırma həbi qəbul edənlərin iş qabiliyyətinin artdığını göstərib.

Jurnal yazır ki, müxtəlif peşə sahibləri – katibələr, aktyorlar, yükdaşıyanlar, yanğınsöndürənlər, evdar qadınlar, bərbərlər, maşinistlər, yazıçılar pervitin sayəsində daha diqqətli olmağa, effektli iş ortaya qoymağa başlamışdılar. Pervitini hətta "Hildebrand” adlanan konfet formasında da qəbul etmək mümkün idi. Bu konfet formada qalmağa, çəki atmağa kömək edirdi.

Alman qoşunları Polşaya hücum edəndə əsgərlərin az qala hamısı narkotikə qurşanıbmış. Ordunun uğuru ard-arda gəlirmiş. Generallardan biri Hitlerə artıq İsveçrəyə daxil olduqlarını deyəndə dövlət başçısı xeyli təəccüblənibmiş.

Günlərin birində isə məlum olub ki, pervitindən çox istifadə insanları bir-bir sıradan çıxarır. Bundan istifadə edənlər depressiyaya düşür, daimi yorğunluqdan əziyyət çəkirmiş. Getdikcə vəziyyət lap pisləşib. 1941-ci ildə Almaniya hökuməti pervitini yalnlz reseptlə vermək, kütləvi istifadədən imtina qərarına gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ