RU
Hitlerin evi sökülür - Qərar verildi
10:47
478

Hitlerin evi sökülür - Qərar verildi

Avstriya hökuməti nəhayət, dünya tarixinin ən qəddar diktatorlarından biri, Adolf Hitlerin anadan olduğu evi sökmək qərarı verib.

Braunau-am-İnn şəhərində yerləşən 3 mərtəbəli evin sökülməsinə səbəb ziyarətçilərin bu evə axın etməsidir. Hakim dairələr son illər turistlərin əvəzinə neo-faşistlərin daha çox gəldiyinin müşahidə olunduğunu bildirir. Binanın sökülüb-sökülməməsi ilə bağlı məsələ Avstriya cəmiyyətini də ikiyə bölüb.

Bəzi insanlar düşünür ki, her şey arxada qalıb və Hitleri artıq rahat buraxmaq lazımdır. Bununla yanaşı, çoxluq hesab edir ki, dünya müharibəsinə rəvac verən tiranın doğulduğu evin ölkədə hələ də tarixi abidə kimi saxlanılması Avstriyanın beynəlxalq imicinə ciddi ziyan vurur.

Qeyd edək ki, Hitlerin doğulduğu ev uzun zamandır sahibi ilə hökumət nümayəndələri arasında qalmaqala səbəb olub. Binanı dövlətə satmaqdan imtina edən şəxs, onun təmirinə də imkan verməyib. Nəticədə 2011-ci ildə ev tamamilə boşalıb. İndi isə parlamentin qərarı ilə ev məcburi şəkildə sahibindən alınıb və sahibkara kompensasiya ödəniləcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ