7NEWS.az xəbər verir ki, Hizbullah baş katibinin müavini Şeyx Nəim Kasım təşkilatın lideri Həsən Nəsrullahın qətlindən sonra ilk dəfə danışıb. Kasım, "Qrup bir qardaş, bir lider itirdi. Biz Nəsrullahın yolunda getməyə davam edəcəyik" dedi. Lazım olan hər şeyin planlaşdırıldığı kimi ediləcəyini bildirən Kasım, İsrailin quru hücumuna hazır olduqlarını açıqlayıb və "Günün sonunda qələbə bizim olacaq” deyib.








