"Hizbullah" təşkilatı İsrailin şimalındakı hərbi hədəfə pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum Ya'ara şəhəri yaxınlığındakı hərbi mərkəzi hədəf alıb.
İsrailin "Ynet" xəbər portalının xəbərinə görə, Livandan İsrailin mərkəzi istiqamətində iki raket atılıb ki, onlar da havada ikən zərərsizləşdirilib. Bildirilib ki, zərərçəkənlər barədə heç bir məlumat qeydə alınmayıb.








