Hizbullah lideri Həsən Nəsrullah Həmas və İslami Cihad rəsmiləri ilə görüşüb. Bildirilib ki, görüş zamanı qrup liderləri "Qəzzada müqavimətin real qələbəsinə nail olmaq” üçün görülməli olanları dəyərləndiriblər.
7NEWS.az xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullah Fələstinin Həmas və İslami Cihad silahlı qruplaşmalarının yüksək səviyyəli rəsmiləri ilə görüşüb. Livanda yerləşən əl-Mənar televiziyasının xəbərinə görə, silahlı qrupların liderləri "Qəzzada müqavimətin real qələbəsinə nail olmaq” üçün nə edilməli olduğunu qiymətləndiriblər. Görüşdə Hizbullah lideri Həsən Nəsrullah, Həmas Siyasi Bürosunun sədr müavini Salih əl Aruri və İslami Cihadın baş katibi Ziyad əl Nahale iştirak edib.
7NEWS.az








