7NEWS.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Hizbullah terror təşkilatının Livanın paytaxtı Beyrutdakı ABŞ səfirliyini bombalamasının 40-cı ildönümündə Hizbullahın əsas lideri İbrahim Aqil haqqında məlumat verənlərə mükafat veriləcəyini açıqlayıb. ABŞ Dövlət Departamentinin terrorla mübarizə və kəşfiyyat platforması olan "Ədalət üçün mükafatlar” proqramı çərçivəsində Aqilin müəyyənləşdirilməsi, onun harada olması və həbs olunmasına kömək edən məlumat verənlərə 7 milyon dollara qədər mükafat veriləcək.
7NEWS.az








