7NEWS.az xəbər verir ki,Brendin reklam kampaniyasının afişasında ibtidai məktəb yaşlı iki qızın fotosu və sosial mediada tənqidlərə səbəb olan "Diqqəti məktəbə gedən moda ilə çək” şüarı yer alıb. İstifadəçilər reklamda uşaqların seksual obyekt kimi göstərildiyini şərh ediblər. 2010-cu ildə geyim markalarının uşaqların seksuallığını vurğulayan məhsullar satmasının qarşısını almaq üçün kampaniyaya başlayan Mumsnet internet saytının qurucusu Justine Roberts, "14 il keçməsinə baxmayaraq, markaların hələ də vaxtından əvvəl seksuallaşdıran uyğunsuz reklamlar etdiyini görmək çox üzücüdür "-deyib. Reaksiyalardan sonra H&M reklamın silindiyini açıqladı.
7NEWS.az








