Keçən ilin sentyabrında inflyasiyanın 14,5 faiz zirvəsinə çatdığı Hollandiyada bu ilin ikinci rübündə iqtisadiyyat 0,3 faiz kiçildi və tənəzzülə girdi.
7NEWS.az xəbər verir ki, Hollandiya iqtisadiyyatı ilin ikinci rübündə istehlak xərclərinin zəifləməsi və ixracatın azalması səbəbindən yüzdə 0,3 azalaraq tənəzzülə girdi. Avrozonada beşinci ən böyük iqtisadiyyat ilin ilk üç ayında yüzdə 0,4 azaldıqdan sonra ardıcıl ikinci rübdə daraldı.
Hollandiya Statistika İnstitutu istehlak xərclərinin 1,6 faiz azaldığını, ixracın isə ilin ilk üç ayı ilə müqayisədə 0,7 faiz azaldığını qeyd edib.
7NEWS.az








