Hollandiyada inflyasiya tarixi zirvəsindən sürətlə aşağı düşməyə davam edir. İstehlak qiymətləri mart ayında son 18 ayın ən aşağı səviyyəsinə çatıb.
7NEWS.az xəbər verir ki, Hollandiya Statistika İnstitutu (CBS) 2023-cü ilin mart ayı üçün istehlak qiymətlərinin artımı ilə bağlı məlumatları açıqlayıb. CBS-nin açıqlamasına görə, yekun məlumatlara görə, mart ayında istehlak qiymətləri əvvəlki ilin eyni ayına görə yüzdə 4,4 artıb.
Beləliklə, ölkədə inflyasiya 2021-ci ilin oktyabrında 3,4 faizdən sonra ən aşağı səviyyəyə çatıb.
7NEWS.az








