Hollandiyada mühacir və İslam əleyhinə olan Vildersin seçkilərdə qalib gəlməsi etiraz edilir. Fəallar "sən tək deyilsən” şüarı ilə yürüş edirlər.
7NEWS.az xəbər verir ki, Hollandiyada xüsusilə müsəlmanları və mühacirləri narahat edən ifrat sağçı ekstremist Geert Vildersin seçkilərdə qalib gəlməsindən sonra yüzlərlə insan nəticəyə etiraz etmək üçün küçələrə axışıb. Çox sayda nümayişçi solçu partiyaların çağırışı ilə "Sən tək deyilsən" şüarı ilə Utrextdə toplaşarkən, cümə günü Amsterdamda genişmiqyaslı etiraz aksiyası planlaşdırılıb.
7NEWS.az








