RU
Hollandiyada yük gəmisində yanğın 2 gündür davam edir
13:40
36

Hollandiyada yük gəmisində yanğın 2 gündür davam edir


Hollandiyada minlərlə avtomobilin olduğu yük gəmisində baş verən yanğın iki gündür ki, davam edir. Sahil mühafizəsi yanğının günlərlə və ya həftələrlə davam edə biləcəyini bildirib. 

7NEWS.az xəbər verir ki, çərşənbə axşamı gecə Hollandiyanın Şimal dənizindəki Ameland adası yaxınlığında, Panama bayrağı altında üzən Fremantle Highway yük gəmisində yanğın baş verib. Ümumilikdə 2 min 857 avtomobilin olduğu gəmidə yanğınsöndürmə işləri 2 gündür davam edir. Sahil Mühafizəsinin sözçüsü Edvin Qrammeman verdiyi açıqlamada yanğının tamamilə söndürülməsinin günlər və ya həftələr çəkə biləcəyini bildirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ