Süni struktur fotosintez prosesi sayəsində günəş enerjisinin formasını dəyişmək və kimyəvi reaksiyaları aktivləşdirmək qabiliyyətinə malik əsl yarpaqlara oxşar yaradılıb. Belə ideya yeni sayılmır, ancaq indiyədək oxşar həllər zəruri kimyəvi reaksiyaların aktivləşdirilməsi üçün kifayət qədər enerji hasil edə bilmirdi.
Prototip üzərində keçirilmiş sınaqlar alimlərin gözləntilərini doğruldub. Buludlu hava şəraitində keçirilmiş sınağın nəticəsinə əsasən süni yarpaq "LSC”-siz analoqlarla müqayisədə 40% daha çox effektivliyə malikdir.
Süni yarpaq prototipinin yaradıcıları hesab edirlər ki, texnologiya dərmanların sintezi sahəsində böyük potensiala malikdir. Alimlərin fikrincə, belə mini-reaktorlardan hər yerdə istifadə etmək olar. Məsələn, onların köməyilə cəngəllikdə malyariya əleyhinə və ya Marsda paratsetamol dərmanı sintezləşdirmək mümkün olacaq.
7News.az








