RU
Hollandiyanın Türkiyədəki Baş Konsulluğu
16:53
1032

Hollandiyanın Türkiyədəki Baş Konsulluğu

İstanbulun Bəyoğlu bölgəsində yerləşən Hollandiya baş konsulluğu terror təhdidinə əsasən bağlanıb. Son dəqiqələrdə yayılan xəbərlərdə belə deyilir. 

7News.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Hollandiya xarici işlər naziri Bert Koenders, konsulluğun müvəqqəti bağlandığını bildirib.

Nazir bildirib ki, İstanbuldakı Hollandiya vətəndaşlarına xəbərdarlıq edilib ki, konsulluğun binasında və ətrafına olmasınlar.

Qeyd edək ki, Hollandiya konsulluğun binası Taksimdəki İstiqlal küçəsində yerləşir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ