RU
Hollivud aktrisası ləzginka oynadı - VİDEO
01:50
761

Hollivud aktrisası ləzginka oynadı - VİDEO

ABŞ-da yaşayan azərbaycanlı rəssam və jurnalist Royal Paşayev yeni videosu ilə gündəmə gəlib.

Onun hazırladığı videoda Hollivudu fəth etmiş dünya şöhrətli ispaniyalı aktrisa Penelopa Kruz ləzginkanın sədaları altında rəqs edib.

R.Paşayev sözügedən videonu videohostinq "Coub”a yerləşdirib.

Qeyd edək ki, P.Kruzun rəqs etdiyi video rol aldığı "Noel” filmindəndir.

Məlumat üçün bildirək ki, R.Paşayev "Maqdalena” adlı art-layihəsi ilə gündəmə gəlmişdi.

O, hazırda ABŞ-ın Texas ştatının Ostin şəhərində yaşayır və Amerikanın bir neçə şəhərində sərgilərə hazırlaşır./a24.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ