RU
Hollivudun məşhur aktrisası 99 yaşında vəfat edib
09:42
785

Hollivudun məşhur aktrisası 99 yaşında vəfat edib

Hollivudun "Ən göz qamaşdıran aktrisa”sı tituluna layiq görülmüş Zsa Zsa Gabor vəfat edib.

Əslən macar olan aktrisa 99 yaşında Los-Ancelesdə dünyasını dəyişib. 

Məlumata görə, 8 dəfə ailə həyatı quran aktrisa həyat tərzi ilə həmişə diqqət mərkəzində olub. Onun ilk həyat yoldaşı türk siyasətçisi olub. 

Bir müddət Türkiyədə yaşayan aktrisanın 1991-ci ildə həyatı haqqında kitab yazılıb. 

Tanınmış aktrisa kitabda Türkiyə dövlətinin yaradıcısı Mustafa Kamal Atatürkə aşiq olduğunu etiraf edib./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ