RU
Homoseksuallıq xəstəlik kimi qəbul edildi — Braziliyadan ŞOK QANUN
22:20
478

Homoseksuallıq xəstəlik kimi qəbul edildi — Braziliyadan ŞOK QANUN

Braziliyada bir hakim yeni qərar qəbul edib.

Psixoloqların homoseksuallığı bir xəstəlik kimi təsnifatlandırıb müalicə terapiyası tətbiq etməsi təsdiqlənib.

1999-cu ildə Federal Psixoloji Şuranın bu növ müalicə üsullarını qadağan edən qanunun ləğv edilməsinə imza atan hakim Valdemar de Karvalyoya ölkədəki homoseksuallar reaksiya göstərib və apellyasiya şikayəti edəcəklərini bildiriblər.

Braziliyanın homoseksual siyasətçilərindən olan Devid Mirinda qərarı bir zərbə adlandırıb. Dünyadakı bəzi ölkələr kimi Braziliya da mühafizəkarlıqdan əziyyət çəkir.

Homoseksualların xəstə adlandırılması ölkədəki LGTB qurumlarını hərəkətə keçirib. Qərardan apellyasiya şikayəti veriləcək. Qeyd edilir ki, xəstəlik olmayan bir şeyi müalicə etmək olmaz./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ