Mərkəzi Amerika ölkəsi Hondurasda son 24 saat ərzində ikinci dəfə dəhşətli cinayət törədilib.
Naməlum şəxslər 19-36 yaş arası 7 nəfəri qətlə yetirib. Paytaxt Tequsiqalpanın yaxınlığında baş verən dəhşətli olay yerli sakinləri də qorxuya salıb. Onlar artıq bölgədə yaşamağın çox qorxulu olduğunu və hökumətdən bu barədə təcili tədbirlər görməsini tələb edir. Hadisənin səbəbləri barədə dəqiq məlumat verilməsə də, guman edilir ki, son günlər törədilən dəhşətli qətillərin arxasnda eyni cinayətkar dəstə dayanır.
Qeyd edək ki, ötən gün avtobus dayanacağına hücum zamanı azı 8 sürücü qətlə yetirilmişdi.
7news.az








