Honqkonqda tullantıların çoxluğu ən aktual problemə çevrilib.
Bu barədə "Daily Mail” məlumat yayıb.
Dünyanın proqressiv və iqtisadi cəhətdən inkişaf etmiş regionlarından hesab olunan keçmiş Britaniya müstəmləkəsi – Honqkonq tədricən ən natəmiz şəhərlərdən birinə çevrilir. Buna səbəb Çinin 24 sərt tullantı növünün idxalına qadağa qoymasıdır.
Yerli hökumət "zibil probleminin” həllində aciz olduğunu açıq-aşkar etiraf edir. Muxtar bölgənin rəhbərliyi Honqkonqda tullantıların emalı məqsədilə effektiv sənaye yaratmaq üçün boş torpaq sahələrinin olmamasından gileylənir. Tənqidçilər hökuməti tullantıların utilizasiyası sisteminin yaradılması istiqamətində lazımınca səy göstərməməkdə ittiham edir.
"Daily Mail”in məlumatına görə, 2017-ci ilə qədər Honqkonq tullantıların təxminən 90 faizini Çinə göndərirdi. Hal-hazırda isə muxtar bölgənin öz zibil poliqonları "ağzına kimi” dolub. Orta statistik Honqkonq sakini gündəlik olaraq 1.4 kiloqram tullantı atır – bu, digər iri Asiya şəhərləri, məsələn, Tokio, Seul, Taypey sakinləri ilə müqayisədə iki dəfə çox göstəricidir. /oxu
7News.Az








