RU
Horadiz əməliyyatından 22 il keçir
13:32
495

Horadiz əməliyyatından 22 il keçir

Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 22 il ötür. 

7News.Az xəbər verir ki, bu münasibətlə Horadiz şəhərində Heydər Əliyev parkında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələri, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları mərhum prezident Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.

Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib.

Alı Alıyev bildirib ki, Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başladı, sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur bərpa olundu, füzulililər doğma yurdlarına qayıtdılar. 

Digər çıxış edənlər Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov, Horadiz şəhərində erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digərləri Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildirilib ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ