RU
Hülusi Akar: “Atəşkəs çağırışları səmimi deyil”
16:10
232

Hülusi Akar: “Atəşkəs çağırışları səmimi deyil”

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Qarabağda atəşkəs təklif edənlərin səmimi və inandırıcı olmadığını deyib.

"Haber Global” məlumat verir ki, o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) prezidentlərinin Ermənistan-Azərbaycan münaqişə zonasında atəşkəs çağırışını şərh edərkən bildirib:

"İllərdir Azərbaycanın haqlı olduğu Qarabağ məsələsinə həll yolu təklif etməyənlərin atəşkəs çağırışları səmimi və inandırıcı deyil”.

H.Akar sona qədər Türkiyənin Azərbaycanın yanında olacağını açıqlayıb:

"Can qardaşlarımızın haqlı olduğu, öz torpaqlarını qaytarmaq uğrunda mübarizəsində sonadək yanlarında olmağa davam edəcəyik”.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ