RU
Hülusi Akar: “Azərbaycan kimdir, türk kimdir, bunu hamı gördü”
17:40
1007

Hülusi Akar: “Azərbaycan kimdir, türk kimdir, bunu hamı gördü”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada 8 Noyabr Zəfər Bayramı münasibətilə təşkil edilən qəbulda iştirak edib.

7NEWS.Az xəbər verir ki, qəbulda nazir Akardan başqa, qüvvələr komandirləri, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, Böyük Birlik Partiyasının sədri Mustafa Destici və digər qonaqlar iştirak ediblər. 

Qəbuldə çıxış edən  Akar  8 noyabrın çox mənalı və qürurlu bir gün olduğunu qeyd edib.

"Azərbaycanlı qardaşlarımız "artıq yetər” deyərək 44 gündə böyük qələbə qazandılar və doğma torpaqlarını Ermənistanın işğalından azad etdilər. Bunun sonunda da xalqın qüdrətini göstərdilər. Bütün dünyaya Azərbaycan kimdir, türk kimdir gördü”- Akar bildirib.

Zəfər bayramı münasibəti ilə hamını təbrik edən Akar əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasındakı birlik və həmrəylik dostluqdan da  yüksək müstəvidədir: "Biz bu əməliyyat zamanı aydın gördük ki, biz iki dövlət, bir millətik. Həqiqətən də iki dövlətin ordusu bir ordu kimi öz səylərini birləşdirərək 44 günlük savaşın sonunda qələbəyə nail oldu. Biz indiyə kimi Azərbaycanın haqq işində onların yanında olmuşuq və bundan sonra da yanında olacağıq.

Prezident Rəcəb Tayyib Ərdoğanın iradəsi və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbənin dəyərinin dərk edilməsinin vacibliyini vurğulayan Akar deyib ki, geriyə dönüş olmaması üşün biz gecə-gündüz çalışaraq bütün lazımi tədbirləri görməliyik”.

 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ