"Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi digər ölkələr üçün təhlükə deyil".
7NEWS.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.
"Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın gündən-günə irəliləməsindən də çox məmnunuq. Hər kəs görür ki, Azərbaycan və Türkiyə sülh və əmin-amanlıq üçün əlindən gələni edir”, - Türkiyənin milli müdafiə naziri qeyd edib.
7NEWS.Az







