Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Bakıdakı "Zəfər” yarmarkasını ziyarət edib.
H.Kılıça "Zəfər Yarmarkası"nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.
Yarmarkada nümayiş edilən hərbi texnikalarla tanış olan H.Kılıç "YAŞAT” Fonduna pul köçürüb. O, kitab satışından əldə etdiyi gəlirlərdən Fonda 12 min manat ianə edib.








