Müğənni Hülya Avşarın keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu sevgilisi Seda Sevinlə görüntülənib.
7News.Az axşam.az-a istinadən məlumat verir ki, Kaya sevgilisini bir neçə gün əvvəl qızı Zəhra ilə də tanış edib. İddialara görə, ikili bir müddət sonra nikah masasına oturacaq.
Qeyd edək ki, bu Kayanın 4-cü evliliyi olacaq. O, bundan əvvəl Aşyəm Saracoğlu, Hülya Avşar və Fərayə Tanyolaçla ailəli olub.
7News.Az









