RU
`Hürriyət` qəzeti Azərbaycandan üzr istəyib
13:09
1480

`Hürriyət` qəzeti Azərbaycandan üzr istəyib

Türkiyənin “Hürriyət" qəzeti Gəncənin Avropa Liqasında mübarizə aparan “Kəpəz” klubunun Ermənistan komandası kimi təqdim edilməsinə görə Azərbaycandan üzr istəyib.
Bu barədə “Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
“Hadisə baş verən günü biz təyyarə ilə Moldovadan Azərbaycana geri qayıdırdıq. Klubun azarkeşləri və aidiyyatı təşkilatlar tərəfindən qəzetə etiraz məktubu ünvanlanmışdı. Onlar səhvlərini başa düşərək, dərhal yalnışlığı aradan qaldırdılar. “Hürriyət” qəzeti bu səhvə görə, azarkeşlərdən və Azərbaycandan üzr istəyib. Türkiyə mətbuatının belə səhvə yol verməsinə təəssüf edirik”./azvision

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ