Türkiyədə “Hürriyet” qəzetinin binası qarşısında etiraz aksiyası keçirilib.
7news.az xəbər verir ki, qəzetin İkitelli ərazisindəki ofisinin qarşısında bir qrup şəxs toplanıb, müxtəlif şüarlar səsləndiriblər.
Aksiyada qəzet dezo məlumatlar yaymaqda günahlandırılıb. Aksiya iştirakçıları binanın girişə daxil olub, redaksiyanı daşlayıblar.
Hadisə zamanı binaya zərər dəyib, pəncərələri sındırılıb.
7news.az








