Yəməndə İranın dəstəklədiyi husilər ölkənin şimalındakı Saada şəhərində daha bir ABŞ silahlı pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi video açıqlamada ABŞ ordusuna aid MQ-9 tipli PUA-nı Səada şəhəri səmasında vurduqlarını bildirib. Seri ABŞ PUA-nın Səada şəhəri səmasında hücum missiyası zamanı husilərin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu vurğulayıb.
7NEWS.az








