RU
Husilər Qırmızı dənizdə türk gəmisini atəşə tutub
10:16
704

Husilər Qırmızı dənizdə türk gəmisini atəşə tutub

Yəməndə "Ənsar Allah” hərəkatının yaraqlıları Hodeydə limanından Qırmızı dənizdə üzən türk gəmisi istiqamətində raket buraxıb.

7news.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Ərəb koalisiyasının nümayəndəsi Türki əl-Maliki Yəməndə verdiyi mətbuat konfransında danışıb.

"Yaxın günlərdə husilər buğda daşıyan və Hodeydə sahili qarşısında olan gəmiyə raket buraxıb”, -deyə Maliki bildirib.

Maliki gəminin raket zərbəsinin zədələnib-zədələnmədiyi barədə açıqlama verməyib.

Koalisiyanın rəsmisi husilərin müqəddəs Ramazan ayının olmasına baxmayaraq, ölkəyə göndərilən humanitar yardımı yaşayış məntəqələrinə buraxmadığını bildirib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ