ABŞ Mərkəzi Komandanlığı Yəməndə İranın dəstəklədiyi husilərin Ədən körfəzinə gəmi əleyhinə ballistik raketlər atdığını və gəmilərə heç bir ziyan dəymədiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər ticarət gəmilərinə raket hücumlarını davam etdirir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin dünən yerli vaxtla saat 02:00-16:50 arasında Yəməndə nəzarət etdikləri bölgədən Ədən körfəzinə gəmi əleyhinə ballistik raket atdıqlarını açıqlayıb. Açıqlamada raketin heç bir gəmiyə dəymədiyi və buna görə də xəsarət və dağıntının olmadığı bildirilib.
7NEWS.az








