RU
11:40
663

"I əməliyyatı" filmindən tanınan aktrisa dünyasını dəyişib - FOTO

Sovet və Rusiya aktrisası, Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib.

7News.Az report-a istinadən bildirir ki, bu barədə "Rossiya K" kanalı ("Mədəniyyət") öz "Twitter" səhifəsində məlumat yayıb.

"Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib", - deyə məlumatda bildirilir.

 

Berezutskaya Azərbaycan tamaşaçısına daha çox "I əməliyyatı və Şurikin digər macəraları" filmindən (1965) tanışdır. O həmçinin "Durnalar uçur" (1957), "Əsgər haqqında ballada" (1959), "Pokrovskie qapıları" (1982), "Qarı nənələr" (2003), "Gündüz gözətçisi" (2006), "Əlahəzrətin adyutantı" və s ekran əsərlərində rol alıb.

Aktrisanın yanvarın 31-i ürək tutmasından öz evində keçindiyi bildirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ