“Bu yeni müəllim hazırlığı deməkdir. ”
Bu il Azərbaycanda I sinfə gedəcək şagirdlərin sayı artacaq.
7News.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovbildirib ki, müsbət demoqrafik vəziyyətin nəticəsi olaraq hər il 1-ci sinfə gələn şagirdlərin sayı artır və növbəti 4-5 ildə də müşahidə olunacaq.
Nazirin sözlərinə görə, bu da öz növbəsində təhsil sistemi üçün bir sıra çağırışlar - yeni siniflərin yaradılması, yeni müəllim hazırlığı deməkdir.
Bu istiqamətdə zəruri tədbirlər həyata keçirildiyini deyən M.Cabbarov əlavə edib ki, ötən ildən I siniflərə elektron qəbula başlanılıb:
“Bunun məqsədi prosesin sadələşdirilməsi, şəffaflaşdırılması, insan ünsiyyətinin və faktorunun miniuma endirilməsidir”.








